• Ça. Dek 23rd, 2025

Pakistanın baş naziri Heydər Əliyevin məzarını ziyarət edib

Byadmin

İyn 15, 2023


Azərbaycan Respublikasında rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Fəxri xiyabana gəlib.

AZƏRTAC xəbər verir ki, Məhəmməd Şahbaz Şərif xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.