• Bz. Noy 24th, 2024

Parklanmadan yığılan pulların bir qismi DİN və AYNA-nın işçilərinin sosial təminatına xərclənəcək

ByYenigun.news

İyl 29, 2023


Azərbaycanda dövlətə məxsus parklanma yerlərindən yığılan ödənişlərin bir hissəsi yığımı həyata keçirəcək qurumlar öz işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə xərcləyə biləcək.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası”nda göstərilib.

Yeni qaydaya görə, bu vəsaitin 50 %-ni Daxili İşlər Nazirliyi (DİN), 30 %-ni isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qeyd edilən məqsəd üçün istifadə edə biləcək.

Qeyd edək ki, ölkə başçısının təsdiqlədiyi qaydaya görə, Bakı şəhərində parklanma vəsaitlərini AYNA, regionlarda isə DİN yığacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir