• Be. Noy 25th, 2024

Parlament sahibkarlıq sahəsində yoxlamaların daha bir il dayandırılmasını təsdiqlədi

ByYenigun.news

Fev 1, 2023

Milli Məclis sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2024-cü il yanvarın 1-nə qədər uzadılmasını təsdiqləyib.

“Report” xəbər verir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, hazırkı qanuna əsasən, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2023-cü il yanvarın 1-də bitib. Dəyişikliklə yaxın 1 ildə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məhdudiyyət nəzərə alınmaqla aparılır.

Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir. Sahibkarlar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir