• Ç. Noy 27th, 2024

Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesinin dayandırmayacağını bəyan etdi

ByYenigun.news

May 7, 2024




Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətin tələblərinə baxmayaraq, Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bildirib.

Bu barədə o, mətbuat konfransında bəyan edib.

“Əgər mən arxiyepiskopların, katolikosların və başqalarının tələblərini yerinə yetirsəm və delimitasiyanı dayandırmağı əmr etsəm, nə baş verəcək? Müharibə başlayacaq. Bu müharibə isə müəyyən mənada qeyri-qanuni olmayacaq”, – deyə baş nazir bildirib.

Qeyd edək ki, Paşinyan bundan əvvəl Tavuşdakı sərhəd sütunlarını Ermənistanın təhlükəsizliyinin təminatı adlandırmışdı.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir