“Bizim siyasi komandamız, parlamentdə çoxluq sülh gündəmini öz məsuliyyəti altına götürüb”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Biz yekun və davamlı sülhə nail olana qədər bu məsuliyyəti daşımağa hazırıq. Bu yaxınlarda mən parlamentimizdə və hökumətimizdə bildirdim ki, Azərbaycanla sülh müqaviləsi imzalamaqda qərarlıyam.
Mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram”, – deyə o bildirib.
Mənbə: News.am