• Ça. Dek 23rd, 2025

Paşinyan: “Məqsədimiz KTMT ilə Azərbaycan arasında müharibəyə səbəb olmaq deyil”

Byadmin

Noy 16, 2022

Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında konsensus əldə edə biləcəklərinə ümid etdiklərini bildirib.

“Ümid edirik ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də İrəvanda keçiriləcək iclasında konsensus əldə edə biləcəyik. Məqsədimiz KTMT ilə Azərbaycan arasında müharibəyə səbəb olmaq deyil. Biz KTMT-nin bu vəziyyətdə hansı siyasi mövqe tutduğunu anlamaq istəyirik”, – deyə o parlamentdə çıxışı zamanı qeyd edib.

Mənbə: Sputnik Ermənistan