• Ça. Dek 23rd, 2025

Paşinyan MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etməyəcək

Byadmin

Okt 10, 2023


Ermənistanın baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının oktyabrın 13-də Bişkekdə keçiriləcək iclasında iştirak etməyəcək.

O, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarovla telefon danışığında bildirib.

Qırğızıstan prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da MDB Xarici İşlər Nazirləri Şurasının Bişkekdə keçiriləcək iclasında iştirak etməyəcəyini bildirmişdi.