Ermənistanın Baş Naziri Nikol Paşinyan dördüncü Brüssel görüşündən əvvəl özünə xeyli arxayın danışırdı. Hətta “Twitter”də odlu-alovlu paylaşımlar edirdi.
Məsələn, deyirdi, guya, Emənistan əraziləri Azərbaycan ordusu tərəfindən işğal edilib və bu, demokratiyaya qarşı hücumdur. Gülməli səslənsə də, bildirirdi ki, Azərbaycan qoşunlarını ərazidən çıxarmalıdır.
Bu sərsəm fikirlərlə özünü ovutsa da, Brüssel görüşündə umduğunu əldə edə bilmədi. Üçtərəfli görüşdə israrla Qarabağdakı qondarma rejimin status məsələsini qabartmağa çalışdı. Amma bu xəyalı da puç oldu.
Praqa görüşündən sonra kürəyini yenə Qərbə söykədi və bu dəfə Rusiya ilə üz-üzə gəldi.
Daha ətraflı Baku TV-nin süjetində: