• Ç. Noy 27th, 2024

Paşinyandan Qarabağla bağlı gözlənilməz AÇIQLAMA – İrəvan iddialarından əl çəkib?

ByYenigun.news

Apr 13, 2022

“Ermənistanın heç vaxt Azərbaycana qarşı ərazi iddiaları olmayıb, Qarabağ məsələsi isə ərazi deyil, hüquq məsələsidir”.

Bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Erməni lider Qarabağdakı ermənilərin təhlükəsizlik, hüquq və azadlıqlarının təmin edilməsinin prinsipial məsələ olduğu vurğulayıb.

“Əgər əvvəllər biz təməli Qarabağın statusu üzərində qururduqsa və buradan təhlükəsizliyin və hüquqların təminatı məsələlərini ortaya çıxırdısa, indi təhlükəsizlik və hüquqların təminatları təməli təşkil edir”, – deyə N.Paşinyan qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir