• Bz. Noy 24th, 2024

Peter Mixalko: “Aİ Azərbaycanın mina təhlükəsinin aradan qaldırılması işini dəstəkləyir və dəstəkləyəcək”

ByYenigun.news

Noy 4, 2023


“Avropa İttifaqı (Aİ) Azərbaycan hökumətinin mina təhlükəsinin aradan qaldırılması işini dəstəkləyir və dəstəkləyəcək”.

“Report”un xəbərinə görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko noyabrın 4-də Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə – partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, Azərbaycan üçün ərazilərin minalardan təmizlənməsi prioritet məsələlərdəndir.

ANAMA-nın fəaliyyətini yüksək qiymətləndirən P.Mixalko bildirib ki, Avropa İttifaqı digər məsələlərdə olduğu kimi, mina təhlükəsi ilə mübarizədə də Azərbaycanla əməkdaşlığa önəm verir.

“Biz vətəndaş cəmiyyətləri ilə yaxından əməkdaşlıq edirik. Təbii ki, mina təhlükəsi məsələsi də bura daxildir. Avropa İttifaqı Azərbaycan hökumətinin mina təhlükəsinin aradan qaldırılması işini dəstəkləyir və dəstəkləyəcək. Bu sahədə maarifləndirmə işlərində kömək etməyə hazırıq”, – deyə Aİ nümayəndəsi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir