• Ca. Noy 28th, 2024

Pirallahıda iki küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib – FOTO

ByYenigun.news

İyl 19, 2023


Bakının Pirallahı rayonunda torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən vətən oğullarının adlarını əbədiləşdirmək üçün tədbirlər görülür.

Rayon icra hakimiyyətindən verilən məlumata görə, şəhidlərin xatirələrinə ehtiram əlaməti olaraq abidələr ucaldılır, bulaqlar inşa edilir, onların adları məktəblərə, küçələrə verilir.

Pirallahı rayonundan olan Vüsal Babayev və Elmar Nəbiyev Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında igidlik və şücaət nümunəsi göstərərək şəhidlik zirvəsinə yüksəliblər. Bu günlərdə rayonun mərkəzi küçələrindən ikisinə onların adı verilib.

Rayon sakinləri və şəhid ailələrinin üzvləri onların adlarının əbədiləşdirilməsinə görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Vüsal Babayev Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları, Elmar Nəbiyev isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir