“ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ-ın xarici siyasət strategiyasını məhv edir”.
Bunu “Report”a ABŞ politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys bildirib.
O bildirib ki, Pelosi Azərbaycana – ABŞ-ın Avrasiyada ən sadiq müttəfiqi olan sülhsevər ölkəyə qarşı böhtan atmaqla və bəyanatlar verməklə ciddi səhvə yol verib:
“Bu siyasət Azərbaycan kimi əsas müttəfiqlə strateji tərəfdaşlığı qoruyub-saxlamağa deyil, müxtəlif ştatlarda yaşayan erməni icmalarının səsini almağa yönəlib”.
P.Teys əlavə edib ki, Pelosi Ermənistan rəhbərliyinin regionda sülhə və iqtisadi inkişafa əsas maneə olmasına baxmayaraq, İrəvana səfər edib.