Polşanın Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.
Oxu.Az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin məlumatında deyilib.
“Polşanın Bakıdakı səfirliyi Azərbaycanın İrandakı diplomatik nümayəndəliyinə silahlı hücumu qətiyyətlə pisləyir. Səfirliyin həlak olan mühafizə rəisinin ailəsinə başsağlığı veririk. Terror aktı zamanı yaralananlara tezliklə sağalmasını arzulayırıq”, – deyə qeyd edilib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb.