Polşanın Krakov şəhərində “Soyqırım və insanlığa qarşı törədilmiş cinayətlər” mövzusunda elmi konfrans keçirilib.
Xarı Bülbül Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasından Oxu.Az-a verilən məlumata görə, konfransa ADA Universitetinin professoru Ceyhun Rzayev, Varşava Dövlət Universitenin professoru Nərgiz Axundova, Adam Miskevic Universitetinin professoru Eva Domanska və Azərbaycanın Polşadakı səfirliyinin nümayəndəsi dəvət olunub.
Konfrans zamanı “Holokost”, “Xocalı soyqırımı”, “Srebrenitsa qətliamı”, “Katin qırğını” haqqında professorlar öz elmi çıxışlarını təqdim etdilər. Hadisələrin tarixi, oxşar və fərqli cəhətləri həmçinin digər nüansların müzakirəsi ilə davam edən konfransın sonunda professorlar və tədbir iştirakçılarına milli təamlarımız təqdim olunub.
Yekunda isə professorlara xatirə hədiyyələri təqdim edilib.