• Be. Noy 25th, 2024

Prezident: “Azərbaycan Qoşulmama Hərəkatına dörd illik sədrliyi dövründə yaxşı irs qoyub”

ByYenigun.news

Fev 28, 2023

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə Qoşulmama Hərəkatını daha da inkişaf etdirmək üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirib

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə mühüm rol oynaması istiqamətində çalışdığını vurğulayaraq, dünyada postkovid dövrü ilə bağlı geniş müzakirələrə ehtiyac olduğunu deyib.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına dörd illik sədrliyi dövründə yaxşı irs qoyduğunu bildirib və bu xüsusda təşkilatın təsisatlanması, onun parlament və gənclər şəbəkəsinin yaradılması və digər təşəbbüslərini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir