• Ca. Dek 25th, 2025

Prezident: “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, bu, əbədi bizimlə olacaq”

Byadmin

Okt 15, 2023


“Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıqdan sonra çıxış edərkən səsləndirib.

“Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”, – deyə dövlətimizin başçısı əlavə edib.