• Ç. Noy 6th, 2024

Prezident: “Biz Azərbaycanda daha çox Çin şirkətini görməyə ümid edirik”

ByYenigun.news

Yan 18, 2023

“Azərbaycan və Çin arasında əməkdaşlıq üçün çox möhkəm platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində söyləyib.

“Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var”, – deyə dövlətimizin başçısı qeyd edib.

Azərbaycanın Orta Dəhlizlə bağlı Sədr Si Cinpinin təşəbbüslərini tam dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, informasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri ölkəmizdə uzun illərdir ki, fəaliyyət göstərir. Biz Azərbaycanda daha çox Çin şirkətini görməyə ümid edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir