• C. Avq 22nd, 2025

Prezident: “Bu gün Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilib”

ByYenigun.news

May 10, 2023


“Bu gün Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilib”.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində deyib.

Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə dair çox böyük və mötəbər beynəlxalq konfrans keçirildiyini xatırladan dövlətimizin başçısı bildirib: 

“Məhz o illərdə bu gün “Orta Dəhliz” dediyimiz layihənin bünövrəsi qoyuldu – Avropa-Qafqaz-Asiya. Yəni, bu dəhlizin Azərbaycan ərazisindən keçməsi o illərdə şərtləndirildi”.