• Ç. Dek 24th, 2025

Prezident: “Bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm”

Byadmin

Fev 14, 2024


“Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində bildirib.

Dövlətimizin başçısı prezident seçkisində ona yenidən böyük etimad və dəstək göstərən Azərbaycan xalqına dərin təşəkkürünü ifadə edib.