• Ca. Noy 28th, 2024

Prezident: “Ermənistanın da eyni addım atmasını gözləyirik”

ByYenigun.news

İyn 16, 2022

“Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşma prosesi üçün öz təkliflərimizi vermişik”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan Ermənistanın 5 maddəlik baza prinsiplərini (rəsmi Bakı təqdim edib) qəbul etməsindən məmnundur.

“Bu, pozitiv dinamikadır. Biz indi praktiki tətbiqləri həyata keçirməliyik. Azərbaycan öz növbəsində sülh müqaviləsinin hazırlanması üçün komissiya yaradıb. Biz gözləyirik ki, Ermənistan da eyni addımı atacaq. Əgər bu, tezliklə edilsə, sonra danışıqlar başlayacaq”, – deyə İlham Əliyev əlavə edib.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir