• C. Noy 1st, 2024

Prezident İlham Əliyev: “Azərbaycandan elektrik enerjisinin ötürülməsi qlobal layihədir və tam reallaşa bilər”

ByYenigun.news

Yan 10, 2023

Dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Əsas məsələ bunun bundan sonrakı taleyidir – necə ötürüləcək? Çünki biz mövcud elektrik ötürücü xətlərimizi genişləndirməliyik.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib: “Biz qayıdırıq yenə Zəngəzur dəhlizinə. Bizim fikrimizcə, o dəhlizdən, eyni zamanda, elektrik enerjisi ötürülməlidir. Məhz bu məqsədlə biz Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikirik. Əgər bu layihə reallaşarsa, onda Naxçıvanla Türkiyə arasındakı sərhəddə də bir stansiya tikilməlidir. Eyni zamanda, Türkiyə ərazisində ötürücülük imkanları genişləndirilməlidir. Çünki orada da bu qədər enerjini götürmək imkanı yoxdur. Yəni, bu, çox qlobal bir layihədir və tam reallaşa bilər”.

Prezident vurğulayıb ki, Azərbaycana bu gün milyardlarla dollar investisiya qoyan şirkətlər tam əmindirlər ki, bu enerji həm Azərbaycanda istehlak olunacaq, eyni zamanda, ixrac üçün imkanlar yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir