• Ca. Dek 25th, 2025

Prezident İlham Əliyev: “Boru kəmərlərimiz vasitəsilə enerji bazarında vəziyyəti dəyişmişik”

Byadmin

Mar 9, 2023

“Biz enerji bazarında payımızı artırırıq. Neft və qaz boru kəmərlərimiz vasitəsilə enerji bazarında vəziyyəti artıq dəyişmişik”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bildirib.

“İndi isə artıq elektrik enerjisinin ötürülməsi ilə bağlı yeni imkanlar yaradırıq”, – deyə dövlətimizin başçısı qeyd edib.