“Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin koronavirusdan əvvəlki dinamikası bərpa olunur”.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Rusiya və Azərbaycan aviadaşıyıcıları hər həftə 135 reys yerinə yetirirlər.
“Yəni, mənim fikrimcə, bu rekord göstərici ona dəlalət edir ki, ölkələrimizin vətəndaşları böyük məmnuniyyətlə bir-birini ziyarət edirlər”, – deyə Prezident İlham Əliyev vurğulayıb.