• Bz. Noy 24th, 2024

Prezident: “İşğal müddətində Kəlbəcər, Laçın, Şuşada qeyri-qanuni məskunlaşdırma proqramları həyata keçirilib”

ByYenigun.news

Apr 29, 2022

“Bu cür ənənəvi görüşlər bizim planlarımızı və məqsədlərimizi, görülən işləri beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından çox əhəmiyyətlidir”.

Oxu.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev ADA Universitetindən keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib:

“Biz 30 il müddətində işğala məruz qalmışıq, sizin gördükləriniz bunun ən yaxşı bariz nümunəsidir”.

İlham Əliyev deyib ki, Ermənistanın işğal müddətində həyata keçirdiyi kütləvi dağıntılar təkcə Birinci Qarabağ müharibəsinin deyil, eyni zamanda barbarlığın və vandallığın nəticəsidir. 

“Bizim kəndlərimiz, əksər şəhərlərimiz dağıdılıb. İşğal müddətində Kəlbəcər, Laçın, Zəngilan, Şuşada qeyri-qanuni məskunlaşdırma proqramları həyata keçirilib – Ermənistan hökumətinin sponsorluğu ilə. Biz sizə Qarabağda, Şərqi Zəngəzurda görülən işlər haqqında məlumat vermişik”, – deyə İlham Əliyev söyləyib.

Dövlət başçısı bildirib ki, aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir