“Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər olunmasında liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi”.
AZƏRTAC xəbər verir ki, bu sözləri martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında bildirib.
“Azərbaycan əksəriyyəti bizim Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib”, – deyə dövlətimizin başçısı qeyd edib.