• C. Okt 25th, 2024

Prezident: “Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma layihələri ən prioritet sahələrdən biridir”

ByYenigun.news

Fev 26, 2023

“Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma layihələri Azərbaycan üçün ən prioritet sahələrdən biridir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri qəbul edərkən bildirib.

Dövlətimizin başçısı Şərq-Qərb nəqliyyat dəhlizi, rəqəmsal transformasiya və bərpaolunan enerji sahələri ilə bağlı Azərbaycanın həyata keçirdiyi layihələrə xeyli sayda tərəfdaş və investor cəlb edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki ölkəmizin uğurlu coğrafi mövqedə yerləşməsi və yaradılan əlverişli biznes mühiti, zəngin iqtisadi potensialımız gələcək əməkdaşlıq və inkişaf prosesləri üçün yaxşı zəmin yaradır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir