Vüsal Əbülfəz oğlu Quliyev “İgidliyə görə” medalı ilə təltif edilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Öz həyatı təhlükə altında olduğu halda insan həyatını xilas etdiyinə görə polis baş serjantı Vüsal Əbülfəz oğlu Quliyev “İgidliyə görə” medalı ilə təltif edilib (ölümündən sonra)”.