• Ç. Noy 27th, 2024

Prezident yaşı 60 və daha yuxarı olan müəllimlərin sertifikatlaşdırmada könüllü iştirakını təsdiqləyib

ByYenigun.news

İyl 24, 2023


Azərbaycanda yaşı 60 və daha yuxarı olan müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq.

“Report”un xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Təhsil haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna edilmiş dəyişikliklə dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq.

Qeyd edək ki, qanunda 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakına dair müddəa yox idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir