• Şb. Noy 23rd, 2024

Prezidentin köməkçisi: “Münaqişə keçmişdə qalıb”

ByYenigun.news

İyl 12, 2021

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən “44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti” mövzusunda diplomatiya həftəsinin açılış mərasimində çıxış edib.

Yenigun.news xəbər verir ki, o, tədbirin bil il öncə Ermənistan tərəfinin Azərbaycanın Tovuz istiqamətində dövlət sərhədində növbəti təcavüz aktına əl atması tarixinə təsadüf etdiyini vurğulayıb.

Azərbaycan Silahlı Qüvvələrinin düşmənin hərbi təxribatlarını layiqincə cavablandırdığı və 44 günlük Vətən müharibəsi nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun əldə etdiyi şanlı Zəfərin Azərbaycan tarixinə qızıl hərflərlə daxil olduğu qeyd edilib.

Münaqişənin keçmişdə qaldığını qeyd edən Hikmət Hacıyev, Azərbaycan qarşısında duran əsas vəzifələr, xüsusilə də azad edilmiş ərazilərin yenidən qurulması prosesi, bu ərazilərin minalardan təmizlənməsi və beləliklə də məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünün təmin edilməsindən bəhs edib.

Təməlində milli maraqlar dayanan Azərbaycan xarici siyasətinin bundan sonra da bölgədə və dünyada sülh və təhlükəsizliyin, beynəlxalq hüququn təmin edilməsinə yönələcəyi vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir