• Bz. Dek 7th, 2025

Prezidentin köməkçisi Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb

ByYenigun.news

Mar 5, 2024


Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Bu barədə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə qarşılıqlı maraq doğuran bir sıra mövzular müzakirə olunub.