• Şb. Noy 30th, 2024

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? – DOSYE + FOTO

ByYenigun.news

Yan 29, 2024


Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, İlqar Əziz oğlu Mustafayev Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Dövlət başçısının imzaladığı digər sərəncamla isə Xanlar Adil oğlu Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin edilib.

Oxu.Az yeni sədrin dosyesini təqdim edir:

X.Ağalarov 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) magistr təhsili alıb. 

O, eyni zamanda Böyük Britaniyanın Kembric Universitetinin dövlət siyasəti ixtisası üzrə magistr proqramını bitirib.

Daha sonra Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbələrində müxtəlif vəzifələrdə çalışıb.

X.Ağalarov 2023-cü ilin mart ayından indiyə kimi isə Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsini icra edirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir