• Ça. Noy 26th, 2024

Putin Mişellə Qarabağı müzakirə etdi

ByYenigun.news

Apr 22, 2022

Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanmasına dair addımlar və sülh müqaviləsi üzrə danışıqlar barədə məlumat verib.

Kremldən yayılan xəbərə görə, telefon danışığı zamanı Putin və Mişel Ermənistan və Azərbaycan liderləri ilə son təmaslarını nəzərə alaraq, Qarabağda sabitliyin və təhlükəsizliyin təmin edilməsi mövzusuna toxunublar.

Söhbət zamanı Ermənistan, Azərbaycan və Rusiya arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl şəkildə həyata keçirilməsinin prinsipial əhəmiyyəti təsdiqlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir