• C. Noy 22nd, 2024

Putin: “Sülh müqaviləsi qarşılıqlı güzəşt nəticəsində əldə olunacaq”

ByYenigun.news

Noy 1, 2022

Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən üçtərəfli görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

O, bildirib ki, Ermənistanla Azərbaycan arasında gələcək sülh müqaviləsi yalnız qarşılıqlı kompromis nəticəsində əldə olunacaq.

Rusiya Federasiyasının prezidenti bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası üçün ilkin şərtlər müəyyənləşdirib.

“Rusiya Ermənistanla Azərbaycan arasında vəziyyətin nizamlanmasına yönəlmiş istənilən səyləri dəstəkləyir. Rusiya Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası məsələsini həll etmək üçün Sovet Baş Qərargahının ən dəqiq xəritələrini təqdim etməyə hazırdır” – deyə Putin bəyan edib.

O, əlavə edib ki, sülhməramlı kontingentin taleyi Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyasına dair razılaşma üzərində işin necə getməsindən asılı olacaq.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir