• Be. Noy 25th, 2024

Putin “Vaqner”ə verilən pulu açıqladı: Bütün xərcini dövlət çəkib

ByYenigun.news

İyn 27, 2023


“Dövlət “Vaqner” özəl hərbi şirkətinin saxlanıması ilə bağlı xərcləri tam şəkildə təmin edirdi”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Kremldə hərbçi qulluqçularla görüşündə deyib.

Putinin sözlərinə görə, bir il ərzində, yəni 2022-ci ilin mayından 2023-cü ilin mayına qədər “Vaqner”in maliyyələşdirilməsinə 86,3 milyard rubl xərclənib.

“Vaqner”ə gəlincə, biz onlara həmişə böyük hörmətlə yanaşmışıq, çünki onlar cəsarət və qəhrəmanlıq göstərirdilər. Orada xidmət edənlər ölkədə hörmət sahibi idilər. “Vaqner”in bütün qrupunun saxlanılması ilə bağlı xərclər tam şəkildə dövlət tərəfindən qarşılanırdı”, – deyə Putin qeyd edib.

Mənbə: URA.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir