• Ca. Noy 28th, 2024

Putin Vardanyanın həbsini şərh etdi

ByYenigun.news

Okt 5, 2023


Rusiya Prezidenti Vladimir Putin Qarabağdakı qondarma rejimin “dövlət naziri” olmuş Ruben Vardanyanın Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbsini şərh edib.

“Valday” Diskussiya Forumunda çıxış edən Vladimir Putin qeyd edib ki, Vardanyan özü Rusiya vətəndaşlığından imtina edib.

Qarabağ ermənilərinə münasibətdə isə Putin bildirib ki, əgər Ermənistan Rusiyanın müttəfiqi olaraq qalarsa, Moskva Qarabağ ermənilərinə yardımı davam etdirməyə hazırdır.

Mənbə: TASS

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir