Caliber.Az-ın “YouTube” kanalında yayımlanan növbəti süjet “rəngli inqilab”ların qısa tarixinin təhlilinə və onun Gürcüstanın siyasi tarixində oynadığı rola həsr edilib.
Müəllif xatırladır ki, adı birbaşa ABŞ-li maliyyəçi Corc Sorosla birlikdə hallandırılan “rəngli inqilab” termini siyasi-elmi leksikona XXI əsrdə daxil edilib:
“Belə inqilablar, əlbəttə ki, bütün dövrlərdə olub, lakin konkret olaraq “rəngli inqilab” siyasi sistemin Çexoslovakiyada olduğu kimi və “məxməri inqilab” adlandırılan demokratik seçkilər yolu ilə deyil, əksinə, təzyiq, kütləvi aksiyalar vasitəsilə, həmçinin bütün proseslərin kənardan maliyyələşdirilməsi və idarəolunması kimi başa düşülməyə başladı”.
Qeyd olunur ki, 2003-cü ilin noyabrında oxşar hadisələr Gürcüstanda baş verib. Bu ölkənin prezidenti Eduard Şevardnadze küçənin təzyiqi ilə istefaya getməyə məcbur olub. Eyni zamanda, hazırda Gürcüstanda yaşanan hadisələr də 20 il əvvəl baş vermiş “qızılgül inqilabı”nın növbəti ssenarisidir.
Daha ətraflı “Caliber”in yeni videosüjetində: