Qərbi Azərbaycan İcması senator Ben Kardinin azərbaycanofob fəaliyyətini kəskin şəkildə pisləyib.
Bununla bağlı icma bəyanat yayıb.
Bəyanatda bildirilib ki, beynəlxalq ictimaiyyət təkcə ABŞ Senatından ibarət deyil:
“Qondarma amerikan müstəsnalığının əsiri olan Ben Kardinə, görəsən, kim beynəlxalq ictimaiyyət adından danışmaq səlahiyyəti verib?!
Beynəlxalq ictimaiyyət – dünyada BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatına dörd il rəhbərlik edən Azərbaycana etimad edən 120 ölkədir. Beynəlxalq ictimaiyyət – dünyada ən böyük tədbir hesab olunan COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar verən dünya ölkələridir”.
Bəyanatda o da diqqətə çatdırılıb ki, səlibçi düşüncəli Ben Kardin insan hüquqları ilə bağlı çox narahatdırsa, onda qoy elə ABŞ-nin özündə yerli amerikalıların hüquqlarının təmin olunması ilə məşğul olsun, polis vəhşiliyinə, silahlı zorakılığa qarşı səsini qaldırsın.