• Şb. Noy 30th, 2024

Qərbi Azərbaycan Xronikası: Koroğlunun sığındığı mağara və dəlikli daşın olduğu Evli kəndi – VİDEO

ByYenigun.news

Yan 27, 2024


Baku TV-nin Qərbi Azərbaycan Departamenti bu həftədən yeni televiziya layihəsinə start verir.

Oxu.Az xəbər verir ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikası ilə Qərbi Azərbaycanın etno-mədəniyyəti, adətləri, şifahi yaddaşı, memarlıq, tətbiqi-dekorativ sənəti, xalq yaradıcılığı, toponimləri araşdırılacaq.

Məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği olan layihədə böyük türk izlərinin araşdırılması kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə aparılır.

Burada qədim inanclar, Göktürk və Zərdüşti, Xəzərlər, Xristian-Qıpçaq, Oğuz dövrünü və orta əsrlər, eləcə də 1988-ci ilə qədər Qərbi Azərbaycanın yerli əhalisinin yaratdığı maddi və mədəni abidələr, böyük tarixi irsi təqdim olunacaq.

“Evli kəndi – “Gor oğlu” irsini yaşadan yurd yeri” adlı bugünkü buraxılışda Loru mahalının Evli, o cümlədən  Xarrat, Aşıq Novruz, Molla Eyyub adları ilə də tanınan kəndin mədəni irsi və etnoqrafiyası araşdırılır.

Verilişdə yaşı 3 min ili keçən Lulubi imperiyasının adını daşıyan Loru mahalda qədim türklərin izi – məbədlər və qəbirlər, oyuq daş,  Koroğlu mağarası, Xıdır Nəbi törəni, həmçinin gora girmək kimi  maraqlı və müəmmalı məqamlara aydınlıq gətirilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir