• Şb. Noy 30th, 2024

Qəzza zolağı niyə əhəmiyyətlidir? – FOTO

ByYenigun.news

Okt 9, 2023


“7 oktyabrda Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hücum təşkil edib. Bunun ardınca İsrail ordusu “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. Bütün ölkə ərazisində fövqəladə vəziyyət elan olunub. Lakin bu, İsrail və Fələstin arasında ilk qarşıdurma deyil, hər iki dövlətin yaşadığı fikir ayrılıqları uzun tarixi dövrü əhatə edir”.

“Qafqazinfo” xarici KİV-ə istinadən İsrail və Fələstin arasındakı münaqişənin tarixini və Qəzza zolağının əhəmiyyətini təqdim edir:

Hələ tarixən ərəb və yahudilər arasındakı din və fikir ayrılıqları onların eyni bölgədə məskunlaşmasında çətinliklər yaradıb.  

1897-ci ildə baş tutan Birinci Sionist Konqresində və 1917-ci il Balfur Bəyannaməsində Fələstində yəhudi vətəni iddialarının elan edilməsi bölgədə ilkin gərginlik yaradıb.

İngiltərə hökumətinin “Fələstində yəhudi xalqı üçün milli ev yaratmaq” öhdəliyini özündə əks etdirən Fələstin Mandatının yaradılmasından sonra gərginlik yəhudilər və ərəblər arasında münaqişəyə və silahlı insidentə çevrilməyə başlayıb.

Münaqişəni həll etmək üçün ilk cəhdlər 1947-ci ildə Birləşmiş Millətlər Təşkilatının Fələstin üçün Bölmə Planında ön əksini tapıb.

Lakin bu sənəd iki tərəf arasında problemlərin daha da alovlanmasına səbəb olub. Nəticədə 1947-1949-cu illəri əhatə edən İsrail-Fələstin müharibəsi başlayıb.

Həmin müharibədən sonra müəyyən sakitlik dövrü olsa da, 1967-ci ildə Altı Günlük İsrail-Fələstin müharibəsi baş tutub.

Uzunmüddətli sülh prosesinə baxmayaraq, israillilər və fələstinlilər yekun sülh razılaşmasına nail ola bilməyiblər.

1993-1995-ci illərdə Oslo razılaşması ilə iki dövlət həll yolunda irəliləyiş əldə edib.

Lakin Qəzza bölgəsinin mövcudluğu hər iki tərəf arasında münaqişənin yenidən alovlanmasına yol açıb.

Tarixən Osmanlı İmeratorluğunun tərkibində olan Qəzza imperatorluq dağıldıqdan sonra İngiltərənin mandatına keçib.

Qəzzanın idarəsi 1948-ci ildə Fələstin Muxtariyyətinin ixtiyarına verilib. 1959-cu ildə Fələstin Muxtariyyətinin ləğvindən sonra bölgə Misirin nəzarətinə keçib. 1967-ci ildə 6 günlük müharibədən sonra isə bölgə İsrailin işğal etdiyi yerlər arasında olub. 1994-cü ilin mayında əldə edilən Oslo razılaşması ilə Qəzzanın böyük hissəsi Fələstin rəhbərliyi altına keçib.

2007-ci ildə “HƏMAS” əraziyə nəzarəti ələ keçirdikdən sonra zamanla tam blokada tətbiq edib.

Bu blokadaya görə insanların və malların əraziyə girişi ciddi nəzarətdə saxlanılır.

BMT və humanitar yardım təşkilatları vasitəsilə Qəzzaya ərzaq və tibbi ləvazimat kimi bir çox mal gətirilə bilər.

Bölgədə 2008, 2009, 2012 və 2014-cü illərdə həyata keçirilən İsrailin hərbi əməliyyatları zamanı infrastruktur obyektləri ziddi şəkildə zədələnib.

Bu səbəbdən bölgədə su və enerji çatışmazlığı pik həddə çatıb.

Qəzza hələ də HƏMAS-ın hakimiyyəti altındadır. HƏMAS hakimiyyətə gəldikdən sonra İordan çayının qərb sahilinə nəzarət edən Fələstin Muxtariyyətindən fərqli olaraq daha çox İslami siyasət həyata keçirməyə başladı. HƏMAS-la birlikdə Qəzzada spirtli içki satışı qadağan edildi və qadınların hicab taxması tələb edildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir