• C. Dek 26th, 2025

Qafanda saxlanılan azərbaycanlı hərbçi Ermənistan Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib

Byadmin

Apr 14, 2023


Ermənistan polisi Qafanda saxlanılan azərbaycanlı hərbçini Ermənistan Milli Təhlükəsizlik Xidmətinə təhvil verib.

Bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Hüquq-mühafizə strukturunda digər təfərrüat barədə məlumat verilməyib.

Bundan əvvəl, aprelin 13-də Ermənistan Müdafiə Nazirliyi ölkə ərazisinə daxil olan ikinci azərbaycanlı hərbçinin saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

Mənbə: Sputnik Ermənistan