Baku TV-nin efirində yayımlanan “Qarabağ xronikası” verilişinin 122-ci buraxılışı efirə gedib.
Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Qarabağda gedən son proseslərdən bəhs edib.
O qeyd edib ki, aparılan araşdırmalar nəticəsində Qarabağdakı qeyri-qanuni erməni silahlılarına məxsus hərbi obyektlərin sayında yenə artım aşkarlanıb:
“Əvvəlki buraxılışlarımızın birində avqust ayında erməni separatçılarına məxsus hərbi obyektlərin sayının 671-ə çatdığını qeyd etmişdik. Baş verən təxribatların fonunda biz bir daha araşdırma apardıq. Beləliklə, qeyri-qanuni silahlı dəstələrin hərbi obyektlərinin sayında yenə də artım var. Onların sayı 737-yə çatdırılıb”.
Qeyd edilib ki, 737 sayı yalnız gözlə görülə bilən hərbi obyektlərə aiddir.
“Gücləndirmə işləri əsasən Ağdərə və Xocavənd istiqamətlərində həyata keçirilib. Belə ki, Ağdərə istiqamətində Göyarx-Seysulan xətti üzərindəki üç müdafiə zolağında gücləndirmə işləri aparılıb. Bundan əlavə, iki yeni müdafiə zolağı Lüləsaz-Ağdərə şəhəri xətti üzərində, daha bir zolaq bilavasitə şəhərin girəcəyində və bu istiqamətdə sonuncu zolaq Meqrelalay-Aşağı Oratağ xətti üzərində salınıb. Beləliklə, təkcə Ağdərə istiqamətində yeddi zolağın olduğunu təsdiqləyə bilərik”, – deyə F.İsazadə bildirib.
Ətraflı süjetdə: