Gürcüstanlı müğənni Veriko Turaşvili Qarabağa səfər çərçivəsində “Sarı gəlin” mahnısını ifa edib.
Bu barədə İTV-nin hazırladığı süjetdən qeyd olunur.
Bu gün Gürcüstanın mədəniyyət xadimləri, alimləri, bloqerlərindən ibarət nümayəndə heyətilə işğaldan azad olunmuş Qarabağa səfər edən gürcü müğənnilər Azərbaycan mahnıları ifa ediblər.
Qeyd edək ki, Gürcüstanın opera müğənnisi Jakeli Lamze Şuşada “Ey Vətən” mahnısını, dahi Bülbülün ev muzeyinin qarşısında isə “Gəl, ey səhər” mahnısını ifa edib.