• C. Noy 29th, 2024

Qarabağda yaşayan dinc sakinlərə göndərilən yükə daxil olan məhsulların həcmi açıqlanıb – FOTO

ByYenigun.news

Sen 22, 2023


“20 ton ərzaq məhsulları və gigiyenik vasitələr, eləcə də çörək məhsulları Qarabağda yaşayan dinc sakinlərə göndərilir”.

“Report” xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan FHN-in xətti ilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi üçün, ərzaq məhsullarının göndərilməsi həyata keçirilir:

“Sentyabrın 22-də hər birinin tutumu 20 ton ərzaq məhsulları və gigiyenik vasitələr, eləcə də iki ədəd içərisində çörək olan maşın Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edir. Yük karvanı hazırda açıq olan Ağdam-Xankəndi yolundan istifadə etməklə Xankəndiyə çatdırılacaq. Humanitar karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanacaq”.

M.Feyziyev Qarabağda yaşayan erməni sakinlər üçün bundan sonra da humanitar məqsədli dəstəyin veriləcəyini bildirib:

“Bundan sonra da bu kimi humanitar məhsulların göndərilməsi təmin olunacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir