• Bz. Noy 24th, 2024

Qarabağdakı erməni separatçılar qaçırlar: “Rəsmilər” də üzüsulu getmək istəyirlər – ŞƏRH + FOTO

ByYenigun.news

İyl 28, 2023


Qarabağdakı erməni separatçıların tör-töküntüləri möhkəm qorxuya düşüblər və qaçmağa başlayıblar.

Ermənistanın “Aysor” nəşri yazıb ki, qondarma respublikanın “parlament sədri” Artur Tovmasyan sabah istefa ərizəsi təqdim edəcək.

Onun özü də bununla bağlı açıqlama yayıb. A.Tovmasyan iddia edir ki, “istefası” şəxsi qərarıdır.

Amma “parlament sədri”nin bu addımı könüllü atmadığı, bunun Azərbaycanın Qarabağ iqtisadi rayonu ətrafında son aylar baş verən hadisələrlə birbaşa bağlı olduğu şübhə doğurmur.

Ona görə də “vəzifəli şəxslər” Azərbaycanın siyasi iradəsi qarşısında geri çəkilməyə başlayıblar. Onlar başa düşürlər ki, rəsmi Bakı məqsədləri uğrunda qətiyyətlə irəliləyir. Bu isə o deməkdir ki, Qarabağdakı etnik ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli və xunta rejimi birdəfəlik ləğv olunmalıdır. Görünür, bəzi “rəsmilər” “üzüsulu” getmək istəyirlər.

Maraqlıdır ki, Ermənistanın hərbi-siyasi dairələri və separatçıların tör-töküntülərinin “rəsmiləri” son zamanlar Azərbaycana qarşı ittiham xarakterli hay-küy salmağa çalışırlar. Hərçənd, özləri də başa düşürlər ki, bu ittihamlar tamamilə əsassızdır. Əgər belə olmasaydı, “parlament” sədri istefa verməzdi.

Bu proses davam edəcək. Gələcəkdə digər “rəsmi şəxslərin”, o cümlədən, separatçı-terrorçuların başçısı Arayik Arutyunyanın da qaçacağı gözlənilir. Çünki rəsmi Bakı ciddi diplomatik addımlar atır.

Qondarma respublikadakı hazırkı xaotik durumun digər mühüm səbəbləri də var. Bunlardan birincisi, dediyimiz kimi, məhz Azərbaycanın diplomatik gedişləridir. İkincisi, Ermənistan hərbi-siyasi rəhbərliyi ilə qondarma respublika arasında yaranan gərginlikdir. A.Arutyunyanın bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinə məktub yazması heç də təsadüfi deyildi. Bu, onu deməyə əsas verir ki, Arayik “saman çöpü”ndən yapışmağa çalışır. Böyük ehtimalla, gələcəkdə rəsmi İrəvanla separatçılar arasında ziddiyyət daha da artacaq. Bu isə ümumi prosesi sürətləndirəcək. Üçüncüsü, iş artıq o yerə çatıb ki, hətta havadarları, o cümlədən, Fransa belə, qondarma rejimi müdafiə edə bilmir.

Beləliklə, Ermənistan “blokada”, “etnik təmizləmə” kimi sərsəm ittihamlarla hər nə qədər manipulyasiya etməyə, suları bulandırmağa, vaxt qazanmağa çalışsa da, müqavimət imkanı tükənir. Xunta rejimində “yarpaq tökümü” artıq başlayıb. “Xəzəl”dən sonra isə ümumiyyətlə qondarma rejimdən söhbət getməyəcək…

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir