• Be. Noy 25th, 2024

Qarabağdakı zəfər Rusiyadan necə görünür? – VİDEO

ByYenigun.news

Noy 8, 2022

Azərbaycan bu gün təkcə Cənubi Qafqazda deyil, həm də ümumilikdə dünya arenasında başlıca geosiyasi iştirakçıdır. Bu məsələdə, əlbəttə, lider çox vacibdir. 

Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyir ki, Azərbaycanın başında Prezident İlham Əliyev kimi güclü, effektiv və məsuliyyətli rəhbər dayanır:

“O, onilliklərlə dondurulmuş məsələni 44 günə həll edə bildi və bununla göstərdi ki, beynəlxalq hüquq normaları, ərazi bütövlüyü prinsiplərinin zəfər çalması üçün real iradə və potensial, eləcə də siyasi və hərbi imkanlar var.

İki il bundan öncə Azərbaycan əsgəri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq 30 ilə yaxın davam edən işğala son qoydu. Bununla da Azərbaycan dövləti öz ərazi bütövlüyünün tam təmin edilməsinə nail oldu. 8 Noyabr – Zəfər Günü Azərbaycanın qədim tarixin yeni səhifəsidir”. 

“Vestnik Qafqaza” İnformasiya Agentliyinin baş analitiki Andrey Petrov qeyd edib ki, noyabrın 8-də Ermənistanın işğalçı qüvvələrinin məğlubedilməzliyi, bu torpaqların həmişə Ermənistanın işğalı altında qalacağı haqqında miflər darmadağın edildi və əsl həqiqət üzə çıxdı.

“Məlum oldu ki, Azərbaycan bütün bu illər ərzində istənilən vaxt öz torpaqlarını azad edə bilərdi, lakin ölkə rəhbərliyi diplomatiya yolu ilə irəliləməyə üstünlük verib və diplomatik yolun qeyri-mümkün olduğu məlum olduqda, Ermənistanın Azərbaycanın yeni ərazilərini işğal etmək niyyətində olması aydın olanda, Azərbaycan əks hücuma keçərək 44 gün ərzində torpaqlarını azad etdi. Bununla da Azərbaycan öz suverenliyini qorudu, ərazi bütövlüyünü bərpa etdi və bu səbəbdən də 8 noyabr Azərbaycan tarixində Azərbaycanın suverenliyinin həqiqətən bərqərar olduğu və qorunduğu əsas bayramlardan biridir”, – deyə o əlavə edib.

Ötən 30 il ərzində Azərbaycan rəhbərliyi bütün danışıqlarda qətiyyətli, prinsipial mövqe nümayiş etdirdi, ölkəsinin mövqeyini getdikcə daha da möhkəmləndirdi. Azərbaycan Prezidenti münaqişənin sülh və diplomatiya, danışıqlar yolu ilə həllinin tərəfdarı idi. Lakin iki il öncə münaqişənin sülh yolu ilə həll olmayacağı və Ermənistanın yeni işğalçılıq siyasətinə başlamaq niyyətində olduğu məlum oldu. Azərbaycanın isə əks-hücumu qaçılmaz idi.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir