• Ça. Noy 26th, 2024

Qarabağın dirçəlişi: “Meqalayihələr həyata keçirilir”

ByYenigun.news

Apr 22, 2022

“Qarabağ tezliklə cənnətə çevriləcək. Bunun üçün əlimizdən gələni edəcəyik. Bu işdə diaspor da bizə öz dəstəyini göstərməlidir”. 

Oxu.Az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının panel müzakirələrində çıxış edərkən deyib. 

O bildirib ki, Azərbaycan Qarabağın dirçəlişi ilə bağlı meqalayihələr həyata keçirir:

“Dünyada da müharibə aparan, qaçqını olan ölkələr olub. Ancaq bu kontekstdə xarabalığa çevrilən, 30 il ərzində dəhşətli hadisələrin baş verdiyi hansı ölkə olub? Belə bir dağıntının baş verməsi dünyada görünməmiş hadisədir. Azərbaycan bərpa layihəsini uğurla həyata keçirir. Bizim bu məsələdə sistemli hərəkət etməyimiz çox vacibdir. Dövlətimiz də koordinasiyaya önəm verir”.

Emin Hüseynov Qarabağın bərpası və yenidən qurulması məsələsində dəstək göstərmələri üçün diaspor nümayəndələrinə müraciət edib:

“Elmi yanaşmalar, ağıllı həll yolları, texnoloji yeniliklər bu məsələdə səfərbər olunmaldır. Biz bütün fikirlərə açığıq və hər zaman da açıq olacağıq”. 

O bildirib ki, çox qısa zaman ərzində həm mina təhlükəsini aradan qaldırmaq, həm baza infrastrukturu çəkmək və sosial infrastrukturu bərpa etmək çox çətindir. 

“Yollar inşa olunur, onların çoxu ağır landşaftda həyata keçirilir. Buna baxmayaq, azərbaycanlı mütəxəssislər, eyni zamanda dost ölkələrin mütəxəssisləri bu işi uğurla həyata keçirir. Əsas məqsədimiz keçmiş məcburi köçkünlərin tezliklə öz dədə-baba yurdlarına qayıtmasıdır”. 

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir