• Ç. Noy 27th, 2024

Qarabağın erməni sakini: “Azərbaycanlılarla birgəyaşayışa çox müsbət yanaşıram”

ByYenigun.news

Sen 25, 2023


“Uzun müddət Bakıda qalmışam. Azərbaycanlılarla ermənilərin birgə yaşamasına çox müsbət yanaşıram”.

“Report”un xəbərinə görə, bunu Qarabağın erməni sakini (adını açıqlamayıb) deyib.

Onun sözlərinə görə, Azərbaycanda çoxlu sayda dostları olub:

“Özüm həkiməm. Bakıda baş həkim Cəlilov dostum olub. Ürəyimdən əməliyyat olunmuşam. İndi növbəti dəfə müayinə üçün gedirəm İrəvana. Təbii ki, müalicədən sonra Xankəndiyə qayıdacağam”.

Onun sözlərinə görə, 40 ildir ki, Xankəndidə yaşayır:

“Azərbaycanlılarla hər zaman dostluq münasibətlərimiz olub. Çoxlu sayda dostlarım var idi. Hər iki xalqın inteqrasiya məsələsinə çox müsbət yanaşıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir