Mülki ermənilərin Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinin təmin olunması ilə bağlı daha bir görüntü yayılıb.
Həmin görüntüləri təqdim edirik:
21:50
Mülki ermənilərin Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi təmin edilib.
“Report” xəbər verir ki, bununla bağlı görüntülərdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.
Onların avtomobilləri prosedura uyğun olaraq yoxlanılır, sonra gediş-gəlişləri təmin edilir.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasının göstəricisidir.