• Ca. Sen 18th, 2025

Qarabağın erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçiblər – VİDEO

ByYenigun.news

İyn 30, 2023


İyunun 30-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Azərbaycanın Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi təmin edilib.

Bununla bağlı yayılan kadrlarda mülki şəxslərin sənədlərinin yoxlanılması prosesi əks olunub.

Videoda onların yoxlanışdan sonra sərhəd-buraxılış məntəqəsindən sərbəst şəkildə keçdiyi görünür.

Bu görüntülər Qarabağ ermənilərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçməsində heç bir maneənin və ya çətinliyin olmadığını bir daha sübut edir.