“Gürcüstan Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarını dəstəkləyir – bu, bütün regionun maraqlarına cavab verir”.
Bu sözləri Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.
“Prinsipcə, Gürcüstan 2021-ci ildə Azərbaycan və Ermənistan arasında baş vermiş silahlı toqquşmalardan sonra çox mühüm və faktiki olaraq ilk uğurlu vasitəçiliyini həyata keçirmişdi”, – Gürcüstanın baş naziri xatırladıb.
İrakli Qaribaşvili əlavə edib ki, Tbilisi Azərbaycan və Ermənistan arasında dinc dialoqun və danışıqların tərəfdarıdır:
“Hesab edirəm ki, bu, bizim – Gürcüstanın, Azərbaycanın və Ermənistanın maraqlarına uyğundur”.
Mənbə: Sputnik Gürcüstan